Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
8 Avqust 2025 / 20:20

İlham Əliyevin Ağ Evdəki görüşləri canlı yayımlanacaq-TEZLİKLƏ

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Ağ Evdə görüşləri olacaq. Tezadlar.az- ın məlumatına görə, Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla görüşü yerli vaxtla saat 3.20 (PM) (Bakı vaxtı ilə 23:20) nəzərdə tutulub.

Yerli vaxtla saat 4.00 (PM)-də (Bakı vaxtı ilə 00.00) ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın görüşü keçiriləcək.

ABŞ Prezidenti ötən gün “Truth” hesabında bu görüşü Sülh Sammiti adlandırıb və səbirsizliklə gözlədiyini bildirib. O, həmçinin, bu günü Azərbaycan, Ermənistan, ABŞ və bütün dünya üçün tarixi gün kimi dəyərləndirib.

Azərbaycan Prezidentinin görüşlərini aşağıdakı linklərdən canlı izləmək olar:

https://youtube.com/@whitehouse?si=xPOdX0lCjaZzBAii

https://x.com/whitehouse

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!