Əsas məzmuna keç

Hakim Aytəkin İbrahimova “avtoşluq” edərkən qəza törətdi, yaxalandı

Az əvvəl Bakıda bir yol hərəkəti qaydalarının kobud surətdə pozulması baş verdi. Bəs qayda pozan kimdir? Məlum olur ki, Binəqədi rayon məhkəməsinin hakimi, BDU-da Konstitusiya hüququ kafedrasının müəllimi Aytəkin İbrahimova “avtoşluq” edərkən kameraya düşüb. O, özünün “Mersedes” markalı maşını ilə bir başqa sürücünün avtomobilini vuraraq əzib, yol polisinə də, “Mən hakiməm, gözünü aç, yaxşı bax!” deyib hadisə yerindən uzaqlaşıb… Məhkəmədə qanunu tapdayıb -pozan hakim üçün yolda qayda pozmaq nə olan şeydir ki?! O, məhkəmə zalındakı hakim AYTƏKİN İBRAHİMOVA ilə yoldakı sürücü Aytəkin İbrahimovanın fərqini bilmirsə, daha nə deyək?! Qanun isə hamı üçündür… Görək DYP onun sürücü kimi cəzasını necə verəcək… İzləyək… 

A.Məmmədli

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…