9 Avqust 2025 / 09:58

Paşinyan Əliyev və Trampla erməni məhbuslar məsələsini müzakirə edib, lakin…

Ermənistanın baş naziri Nikol Paşinyan Bakıda saxlanılan erməni məhbuslarla bağlı məsələni ABŞ prezidenti Donald Tramp və Azərbaycan lideri İlham Əliyevlə müzakirə etdiyini, lakin hələlik heç bir nəticə olmadığını bildirib.

“Biz bu məsələni ən yüksək səviyyədə müzakirə etdik, lakin bu, incə məsələdir və mən əlavə şərhlərdən çəkinəcəyəm. Hələlik bu məsələ ilə bağlı heç bir nəticə yoxdur, təəssüf ki, yoxdur, lakin biz bu məsələni ən yüksək səviyyədə qaldırırıq”, – Tezadlar.az xəbər verir ki, Paşinyan bildirib.

Ermənistan hakimiyyəti bildirir ki, Azərbaycanda onlarla hərbi əsir, habelə Ermənistanla sərhəddə və Qarabağda həbs edilmiş mülki şəxslər, o cümlədən keçmiş tanınmamış respublikanın keçmiş prezidentləri və yüksək vəzifəli şəxsləri saxlanılır.

P.S. Təbii ki, söhbət hazırda barələrində olan cinayət işləri üzrə açıq məhkəmə prosesi davam etdirilən Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərindən gedir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!