Əsas məzmuna keç

Zelenski Putin və Trampın görüşü zamanı Alyaskada olacaq

Ukrayna prezidenti Volodimir Zelenski 15 avqustda Rusiya və ABŞ liderləri Vladimir Putin və Donald Trampın görüşü zamanı, yəqin ki, Alyaskada olacaq. Tezadlar.az CNN- ə istnadla xəbər verir ki, Ukrayna prezidentinin ayrı-ayrı görüşlərdə iştirakı istisna edilmir. Bununla belə, Ağ Ev rəsmilərindən biri qeyd edib ki, belə görüşlərin, çox güman ki, Tramp və Putin danışıqlarından sonra baş tutacağı ehtimal olunur. Bundan əvvəl NBC News telekanalı Ağ Evin Volodimir Zelenskini Alyaskaya dəvət etmə ehtimalını nəzərdən keçirdiyini xəbər verib. Telekanalın mənbələrindən biri bu variantın müzakirə olunduğunu, lakin hələlik dəqiqliyin olmadığını bildirib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…