Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

…Avqustun 8-də Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Azərbaycanla Ermənistan arasında tarixi görüş baş tutdu və ilk dəfə olaraq bu ölkələr arasında bir əsrdən atrıq davam edən düşmənçiliyə son qoyulmasını nəzərdə tutan birgə bəyannamə imzalandı. Belə bir sənədin imzalanması daha geniş mənada Cənubi Qafqazda yeni geosiyasi arxitekturanın yaranmasına öz töfhəsini verəcəyi istisna edilmir. Klassik aktorların tədricən geosiyasi rəqabətin ofsaydına düşəcəyi, yeni qüvvələrin birincilik uğrunda inadla mübarizə aparacağı və oyuin qaydalarının yumşaq güc üzərində dayanacağı daha çox ehtimal olunur. Ümumilikdə, Cənubi Qafqazın radikal geosiyasi dəyişikliklər dövrünə qədəm qoyacağı gözlənilir.
İlk öncə 8 avqust tarixində imzalanmış Birgə Bəyanatın Azərbaycan və Ermənistan üçün əhəmiyyətini nəzərdən keçirək.
Azərbaycan nə qazanacaq:
1.Ermənistanla münasibətlər normallaşacaq, diplomatik münasibətlər qurulacaq, demarkasiya və delimitasiya məsələləri öz həllini tapacaq, revanşistlərin Azərbaycana qarşı tələblərinin qarşısı alınacaq, Ermənistanın konstitusiyasında dəyişikliyə nail olunacaq (sülh müqaviləsi üçün bu, mütləqdir).
2. Azərbaycanın Qarabağ iqtisadi zonası məsələsi ətrafında gələcək spekulyasiyalara yol verilməyəcək (bu, ABŞ-ın regionda maraqlarına ziddiyyət təşkil edəcək).
3. 907-ci düzəlişin tarixin arxivinə göndərilməsi ilə əlaqədar, Azərbaycana qarşı ikili standartlara son qoyulacaq, rəsmi Vaşinqtonun müdafiə sahəsində yardımları heç bir maneə ilə rastlaşmayacaq.
4. Azərbaycanla Naxçıvanı birləşdirəcək Zəngəzur Dəhlizi (“Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) ABŞ-ın nəzarəti altında fəaliyyətə başlayacaq, həmin dəhlizə 8 noyabr üçtərəfli bəyanatda nəzərdə tutulmuşRusiyanın Federal Təhlükəsizlik Xidmətinin Sərhəd Xidmətinin orqanları nəzarət etməsi aradan qalxacaq.
5. ATƏT-in Minsk Qrupunun amorf fəaliyyətinə rəsmi qaydada xitam veriləcək.
6. Rusiya və İranı regionda təsir imkanları əhəmiyyətli dərəcədə zəifləyəcək.
7. NATO-nun Şərqə doğru genişlənməsi Cənubi Qafqazı da əhatə edəcəyi istisna edilmir.
8. Türkiyə NATO və ABŞ-ın partnyoru kimi regionda öz rolunu və mövqeyini gencləndirəcək.
9. Tramp marşrutu Avrasiyada Orta dəhliz layihəsinin transkontinental logistik arteriyaya çevrilməsinə və Turan dünyasının həmrəyliyinə öz müsbət töfhəsini verəcək.
10. Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələr daha da geniş sahələri əhatə edəcək və strateji tərəfdaşlıq formatına çevriləcək.
11. Hadisələrin bu məcrada inkişafı Rusiya-Azərbaycan hərbi müttəfiqliyinə təsirsiz ötüşməyəcəyi yəqindir.
12. Avropa ittifaqının mülki missiyası Ermənistan ərazisini tərk edəcək.
Ermənistanın qazancı:
XXX
Şübhəsiz, bu bəyanatın memarı ABŞ olduğu üçün onun da qazancını aşağıdakı formada təxmin etmək olar:
Daha geniş planda ABŞ Rusiyanın postsovet məkanında desenrtalizasiyasına nail olmaqla TransAvrasiya təhlükəsizlk sistemini işə salmağa, tədricən Hartlendə yaxınlaşmağa və antiatlantistlərin davranışına nəzarət etməyə çalışır.
8 avqust planına hansı risklər mövcud ola bilər?
Bununla belə, Ukraynada hərbi resursları tükənmiş və dünyada təklənmiş Rusiyanın əvvəlki formada regionda maraqlarını müdafiə edəcəyi ağılabatan hesab edilmir. Cənubi Qafqazın demilitarizasiyasına nail olmadan regionu idarə etmək çətin olacaq. Odur ki, rəsmi Vaşinqtonun Cənubi Qafqazda möhkəmlənmək üçün xarici bazaların oradan çıxarılmasına prioritet kimi yanaşacağı istisna edilmir.
Zəfər Nəcəfov,
Milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru,
Milli Müdafiə Universitetinin müəllimi
(Xüsusi olaraq “Təzadlar” qəzeti üçün)