İranın ABŞ ilə əldə edilən atəşkəsin uzadılmasını tələb etmədiyi açıqlanıb.
Tezadlar.az xəbər verir ki, İranın yarı-rəsmi “Tasnim” Xəbər Agentliyinin dərc etdiyi məlumata görə, İran ABŞ ilə əldə edilən atəşkəsin uzadılması üçün heç bir tələb irəli sürməyib.
Açıqlamada həmçinin qeyd olunub ki, Hörmüz boğazının blokadasının davam etməsi ABŞ-ın İrana qarşı düşmənçiliyinin davam etməsini göstərir və dəniz blokadası davam etdiyi müddətcə İran Hörmüz boğazını açmayacaq.
E.ŞİRİNOV







