22 Aprel 2026 / 02:46

İran Silahlı Qüvvələrindən ABŞ-a XƏBƏRDARLIQ: Yüksək hazırlıq vəziyyətindəyik

İran Silahlı Qüvvələrinin döyüş əməliyyatlarını həyata keçirən bölməsi olan Xatəm əl-Ənbiya Mərkəzi Qərargahı İrana qarşı hər hansı potensial hücumla bağlı açıqlama verib: “ABŞ prezidentini və həmin ölkənin təcavüzkar komandirlərini xəbərdar edirik, yüksək hazırlıq vəziyyətindəyik”.

Tezadlar.az xəbər verir ki, İran mediasının məlumatına görə, Xatəmül-Ənbiya Mərkəzi Qərargahı ABŞ ilə gərginliklə bağlı açıqlama yayıb.

“ABŞ prezidentini və onun təcavüzkar komandirlərini təkrarlanan təhdidləri barədə xəbərdar edirik. Əllərimiz tətikdədir. İrana hücum baş verərsə, əvvəlcədən müəyyən edilmiş hədəfləri daha böyük güclə vuracağıq”, – açıqlamada deyilir.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!