Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
11 İyun 2026 / 14:20

“Qagik Tsarukyana sövdələşmə təklif etsəydik, diz çökərək qəbul edərdi” – Baş nazir mediaya əsəbiləşdi

“O, yetim kimi dünyanı gəzib sövdələşmələr axtarırdı…”

Paşinyan hakimiyyətin “Çiçəklənən Ermənistan” Partiyasının lideri Qagik Tsarukyana guya siyasi sövdələşmə təklif etdiyi iddia edilən media xəbərlərinə kəskin reaksiya verib.

O bu barədə hökumət iclasından sonra keçirilən brifinqdə bildirib.

“Əgər biz Qagik Tsarukyana sövdələşmə təklif etsəydik, o, bunu diz çökərək qəbul edərdi. Ermənistanda heç kim ona heç bir sövdələşmə təklif etmədiyi üçün o, yetim kimi dünyanı gəzib sövdələşmələr axtarırdı. Haradansa birini tapdı və sonra məlum oldu ki, onu sadəcə olaraq ələ allıblar, heç özünün bundan xəbəri belə yoxdur”, – deyə baş nazir bildirib.

O, həmçinin “Çiçəklənən Ermənistan” lideri ilə belə danışıqların mümkünlüyünü də rədd edib.

 

Y.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!