“Artıq qatar gedib…” – Deputatdan Zəngəzur dəhlizinin açılacağından əndişənənlərə ismarıc
Bütün xarici təhdidlərə rəğmən Zəngəzur dəhlizi tezliklə reallaşacaq. Zəfərdən sonra Prezident İlham Əliyev dəfələrlə bildirmişdir ki, Azərbaycanın əsas hissəsinin Naxçıvana quru yolla maneəsiz keçidi təmin edilməlidir. Cənab Prezident Zəngəzur dəhlizinin reallaşacağını və bunun sadəcə zaman məsələsi olmasını bəyan etmişdir. Və bu artıq reallaşmaqdadır.
TEZADLAR.AZ xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
Deputat vurğulayıb ki, Zəngəzur dəhlizinin reallaşması ilə bağlı hansısa ölkələrin və ya qrupların narahatçlığı əbəsdir. “Artıq qatar gedib. Zəngəzur dəhlizində də qatar tezliklə hərəkətə başlayacaq.
Donald Tramp – Beynəlxalq Sülh və Rifah Yolu adlandırılacaq Zəngəzur dəhlizi yalnız Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirməyəcək, həmçinin Asiya ilə Avropanı daha da yaxınlaşdıracaq. Bu Türk Dünyasını birləşdirən dəhlizdir və regionun inkişaf yolu olmaqla yanaşı, Azərbaycan və Ermənistan arasında münasibətlərin qurulmasına töhvə verəcək”, -deyə o qeyd edib.
Xəbər maraqlı gəldi?
Sosial şəbəkələrdə paylaşın