Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Avqustun 10-da Zəngilan ərazisində yanğın hadisəsi törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən edilib. DİN-in Mətbuat Xidmətindən tezadlar.az-a bildirilib ki, araşdırmalarla yanğının 1985-ci il təvəllüdlü Vüsal Əlpənahov tərəfindən törədildiyi məlum olub. Hadisə nəticəsində 5 min hektar ərazidə biçilmiş əkin sahəsi və kol-kos yanıb. Əməli törədən V.Əlpənahov saxlanılaraq barəsində məsuliyyət tədbiri görülüb. Faktla bağlı Rayon Polis Şöbəsində istintaq araşdırmaları davam etdirilir.
Diqqət edin: adam 5 min hektar ərazini yandırır, amma polis əməkdaşları sənədləşdirirlər ki, ehtiyatsızlıqdan yanğın törədilib! Bu necə ola bilər?! Polis əməkdaşları belələrinin qulağından tutub deməlidir ki, ehtiyatsızlıqdandırsa, get öz evini yandır. İkincisi, belələrinə həbs qətimkan tədbiri seçilməlidir və vurulan ziyan beş qat ödətdirilməlidir! Vətəndaşın ot tayasını qəsdən yandırana cinayət işi açıla bilir, amma Dövlətin Fondunda olan əraziləri yandırana ehtiyatsızlıq bəraəti???
A.Məmmədli