11 Avqust 2025 / 18:45

Paşinyan və Tokayev regional əməkdaşlıq və investisiya imkanlarını müzakirə etdi

Ermənistanın Baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefonla danışıb.

Tezadlar.az xəbər verir ki, Paşinyan Qazaxıstan Prezidentinə avqustun 8-də Vaşinqtonda keçirilən üçtərəfli görüşün nəticələrini, o cümlədən Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlər haqqında Sazişin paraflanması, ATƏT-in Minsk Qrupu mexanizmlərinin ləğvi, ATƏT-ə birgə müraciətinn ünvanlanması, eləcə də  regional kommunikasiyaların açılmasına dair razılaşmanı təqdim edib.

Qazaxıstan Prezidenti Ermənistan və Azərbaycan arasında əldə edilmiş razılaşmalar nəticəsində sülhün bərqərar olması münasibətilə Baş naziri  təbrik edib və prosesi dəstəklədiyini bildirib.

Tərəflər regionda açılan yeni investisiya imkanlarını müzakirə ediblər və bunların hər iki ölkədəki investorlar tərəfindən müsbət cavab alacağına dair razılığa gəliblər.

Ermənistanın Baş naziri və Qazaxıstan Prezidenti fəal siyasi dialoqu davam etdirmək barədə razılaşıblar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!