11 Avqust 2025 / 22:04

Kamçatkada zəlzələ baş verib

Kamçatkada 5,7 bal gücündə zəlzələ baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.

Məlumata görə, hadisə Petropavlovsk-Kamçatskidən 347 kilometr aralıda baş verib. Mənbənin 41,5 kilometr dərinlikdə olduğu dəqiqləşdirilir. Hələlik başqa təfərrüatlar yoxdur.

Avqustun 11-nə keçən gecə Kamçatka ərazisində son 24 saat ərzində 54 afterşokun qeydə alındığı bildirilib. Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsinin məlumatına görə, onlardan altısı məskunlaşan ərazilərdə hiss olunub. Yeraltı təkanların gücü iki ilə dörd bal arasında dəyişib.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!