Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Biləsuvarda baş verən ağır yol qəzasının bəzi təfərrüatları məlum olub. Yol nəqliyyat hadisəsi Ələt-Astara avtomobil yolunun 90 km-də, Biləsuvar rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. Cəbrayıl rayon sakini, 1996-cı il təvəllüdlü Elşən Niftəliyevin idarəetdiyi “VAZ-2115” markalı nəqliyyat vasitəsi Biləsuvar rayon sakini, Cəfər Ağalının idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində “VAZ-2115″də olan bir ailənin üzvləri, sürücü E.Niftəliyev və onun 6 aylıq qızı A.N. ölüb, həyat yoldaşı 1996-cı il təvəllüdlü Günay Niftəliyeva isə ağır xəsarət alıb. Həmçinin “Mercedes”də olan sərnişinlər – 1961-ci il təvəllüdlü Gülağa Qurbanov və 1975-ci il təvəllüdlü Şəhla Orucova xəsarət alıblar. Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Ölənlərin meyitləri müayinə olunması üçün rayon morquna təhvil verilib. Məlumata görə, ölən şəxs Saatlı rayonunda müəllim işləyirmiş. Faktla bağlı araşdırmalar davam etdirilir.
Yenə də sürücü diqqətsizliyi bir ailənin iki üzvünü bir hadisənin qurbanı etdi…
Elşad