15 Avqust 2025 / 13:52

Bakıdan olan hərbçi Luqansk-Xarkov sərhədində əsir alındı

Ukrayna ordusunun 3-cü ayrı hücum briqadasının azərbaycanlı hərbçisi Azazadə Asim Mahir oğlu Luqansk ilə Xarkov vilayətinin sərhədində yerləşən Petrovskoye kəndi yaxınlığında Rusiya ordusuna əsir düşüb.

Tezadlar.az xəbər verir ki, azərbaycanlı ifadəsində Bakı şəhərindən olduğunu deyib. Rusiya qoşunları tərəfindən mühasirəyə alındıqdan sonra o təslim olub.

Jurnalistlərlə söhbətində azərbaycanlı hərbçi, o cümlədən nasist simvolları əks etdirən döymələrini nümayiş etdirib.

Başqa təfərrüatlar açıqlanmayıb.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!