15 Avqust 2025 / 16:40

22,5 milyard manatlıq neft və qaz hasil etmişik-6 AYDA

Bu ilin yanvar-iyul aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 22 520,9 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,3% azalıb. Tezadlar.az  Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, qeyd olunan ümumi göstəricidən 20 629 mln. manat xam neft və təbii qaz hasilatının payına düşüb, bu da illik müqayisədə 3,2% azdır.

Mədənçıxarma sənayesi üzrə istehsalın həcmi:

 

Fəaliyyət növlərinin adı

2025-ci ilin yanvar- iyul aylarında istehsal edilmişdir, milyon manat Əvvəlki ilin müvafiq dövrünə nisbətən (sabit qiymətlərlə), faizlə
Mədənçıxarma sənayesi 22 520,9 96,7
Xam neft və təbii qaz hasilatı 20 629 96,8
Metal filizlərinin hasilatı 360,9 164,9
Mədənçıxarma sənayesinin digər sahələri 121 113,8
Mədənçıxarma sənayesi sahəsinə xidmətlərin göstərilməsi 1 410 84

Məlumata görə, hesabat dövründə sahənin əsas məhsulu olan əmtəəlik neft hasilatı 15 996,9 min. ton, əmtəəlik təbii qaz hasilatı isə 22 551 mln. kub metr təşkil edib.

Qeyd olunur ki, əmtəəlik neft hasilatı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,4% azalıb, əmtəəlik qaz hasilatı isə 0,2% artıb.

Xam neft və təbii qaz hasilatı üzrə əsas göstəricilər:

 

Məhsul növləri

2025-ci ilin yanvar-iyul aylarında istehsal edilib Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 01.08.2025-ci il vəziyyətinə hazır məhsul ehtiyatı
Xam neft və təbii qaz hasilatı
Xam neft (qaz kondensatı daxil olmaqla), min ton 16 033,7 94,6 248,7
ondan əmtəəlik 15 996,9 94,6 248,7
Təbii qaz, milyon kub metr 29 246,1 99,3
ondan əmtəəlik 22 551,0 100,2
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!