Əsas məzmuna keç

GÜN İŞIĞI KORONAVİRUSUN HİSSƏCİKLƏRİNİ MƏHV EDİR

Ultrabənövşəyi şüalar COVID-19 virusunun hissəciklərini 5 dəqiqə ərzində iflic edə bilər.

Bu barədə Arizona Universitetinin professoru Georq Vondrakın rəhbərlik etdiyi mütəxəssislər qrupu tərəfindən aparılmış tədqiqatın nəticələrindən bəhs edən məqalədə bildirilir.

Mütəxəssislər ultrabənövşəyi şüalar altında SARS-Cov-2 və Hcov-NL63 koronaviruslarının hüceyrələrə zərər verə biləcək hissəciklərinin 5 dəqiqə ərzində 98 faiz zəifləməsinə, 20 dəqiqə ərzində isə tam iflic olmasına şahid olublar. Həm güclü, həm də zəif gün işığında bənzər nəticələr əldə edilib.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…