16 Avqust 2025 / 09:48

Hacıkənddə “çadır parklaması”: hamı AYNA-nın Gəncə bölməsindən şübhələnir!

Bakıda AYNA- nın əməkdaşlarının həyətlərə doluşub hər yeri parklama etdiyi kimi, deyilənə və sosial mediada yazılanlara görə, indi də kəndlərə, qəsəbələrə, meşə ərazilərinə, istirahət məkanlarına da girişiblər… Sosial şəbəkə istifadəçisi Əhməd Nəsibov belə bir qanqaraldıcı məsələni gündəmə gətirib: “Azərbaycanın gözəl guşələrin hər hansına gedəsən və orada dəlixanaya rast gəlmiyəsən, qeyri mümkündür. Ötən gün ailəlikcə gəlib çıxmışıq Hacıkənd yaxınlığındakı, milli yaylaq festevalına. Çox gözəl, hər şey təşkil olunub. Di gəl ki, festeval ərazisindən kənarda çadır qurmağa icazə verilmir.
Hansısa iş adamı, necə ki, Xəzərin çimərliyinə getmək üçün yol bağlayıb, camaatı pul müqabilində dənizə buraxır, eynən burada da bir cavanı otuzdurublar və özümüzün çadrımızı qurmaq üçün bizdən 25 manat pul tələb edir. Söz də deyəndə, deyir çadır qurmaq üçün bizimlə müqavilə bağlamalı və 25 manat pul ödəməlisniz. Əks təqdirdə siz xalqın torpağında çadır qura bilmərik. Mən də dedim ki, nə müqavilə bağlayıram, nə də naməlum ödəniş edirəm. Mən çadrımı qururam. Xoşunuz gəlmir, çağırın polisi, qoy AYNA kimi qanunsuz ödənişsiz parkinq etdiyimə görə məni cərimələsin.
Bu da bizim Milli Yaylaq Festevalı. Görək dalınca başımıza nə gələcək”.
Bu statusa şərh yazanlar da təsdiqləyirlər ki, bu qanunsuz işə baş qoşan elə AYNA- nın Gəncə bölməsinin rəhbərliyidir! Belə çıxır ki, şəhid və qazilərin sayəsində azad nəfəs alan torpaqlarda- ərazilərdə kimlərsə cib doldurmaq üçün hər cür həyasızlığa getməlidir! Bunun qarşısı alınmalıdır! Vətən torpaqları onun uğrunda ölümə getməyə hazır insanlara niyə icarəyə verilməlidir?
A.Məmmədli
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!