16 Avqust 2025 / 19:53

Qərb Ukrayna üçün gələcək təhlükəsizlik təminatlarından danışıb

Müzakirə olunan sülh sazişi çərçivəsində Ukrayna üçün təhlükəsizlik təminatlarına NATO-ya üzvlük daxil olmayacaq.

Tezadlar.az xəbər verir ki, bu barədə “NBC News” mənbəyə istinadən məlumat yayıb.

Bu mövqenin Avropa liderlərinin bəyanatına zidd olduğu vurğulanır. Siyasətçilər israr edirlər ki, Ukraynaya alyansa üzv olmaq hüququ verilməlidir.

Jurnalistlər Ukrayna üçün təhlükəsizlik zəmanətləri üzrə danışıqların ötən həftə başladığına da aydınlıq gətiriblər. Danışıqlarda ABŞ-ın vitse-prezidenti J.D.Vens, ABŞ dövlət katibi Marko Rubio və Ukrayna liderinin ofisinin rəhbəri Andriy Yermak iştirak edir.

Bir gün əvvəl ABŞ prezidenti Donald Tramp NATO formatında Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin verilməyəcəyini bildirib.

Avqustun 16-da Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Alyaska sammiti başa çatdıqdan sonra Ukrayna prezidenti Vladimir Zelenski və Avropa liderləri ilə telefon danışığı aparıb.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!