Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna tərəfi qalib gələ bilməyəcəyi münaqişəni davam etdirməməlidir. Bu baxımdan, ölkə lideri Vladimir Zelenski konstruktiv danışıqlara qayıtmalıdır, – deyə Fransadan Avropa Parlamentinin deputatı Thierry Mariani bildirib.
Tezadlar.az xəbər verir ki, bu barədə “RİA Novosti” yazır.
“Ukraynanın maraqlarına uyğundur ki, onlar qalib gələ bilməyəcəkləri müharibəni davam etdirməsin. Qeyd edirəm ki, Avropa İttifaqı bu müharibənin davam etməsi üçün mümkün olan hər şeyi etməyə davam edir”, – o qeyd edib.
Deputat məşhur fransız atalar sözünü də xatırladıb – “Məsləhətçilər müttəhim deyillər”. Ukrayna öz qərarlarını verməlidir və sülhün əleyhinə olan avropalıların tövsiyələrinə daim əməl etməyə borclu deyil.
Deputat Marianinin fikrincə, münaqişənin sonu Brüsseldən deyil, daha çox Kiyevdən asılıdır.
Bundan əvvəl Ukraynanın keçmiş baş naziri Nikolay Azarov bildirib ki, Vladimir Zelenski Rusiya Federasiyası və ABŞ liderləri Vladimir Putin və Donald Trampın Alyaskada keçirilən sammit zamanı elan etdiyi sülh sazişlərinə əməl etməyəcək. Siyasətçi əlavə edib ki, Zelenskinin hakimiyyətdə olduğu müddətdə münaqişənin sülh yolu ilə həllinə nail olmaq mümkün deyil.
Bundan əvvəl Donald Trampın Alyaskadakı sammitdən sonra Zelenski ilə söhbətinin gərgin keçdiyi bildirilirdi.
E.ŞİRİNOV