Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Rusiya hava hücumundan müdafiə qüvvələri bir gecədə Rusiya regionları üzərində Ukraynaya məxsus 46 pilotsuz uçuş aparatını vurub.
Tezadlar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Departamentin bildirdiyinə görə, ötən gecə Moskva vaxtı ilə avqustun 16-sı saat 22:55-dən avqustun 17-si saat 06:00-a kimi növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 46 sabit qanadlı PUA-nı məhv edib və ələ keçirib. Belə ki, Belqorod vilayəti ərazisi üzərində 16 pilotsuz uçuş aparatı, Nijni Novqorod vilayəti ərazisində 14, Voronej vilayətində doqquz, Bryansk vilayəti ərazisində üç, Smolensk, Oryol, Kursk və Kaluqa vilayətlərinin hər biri üzərində bir pilotsuz təyyarə vurulub.
E.ŞİRİNOV