Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniya kansleri Fridrix Merz digər Avropa liderləri ilə birlikdə ABŞ prezidenti Donald Tramp və Vladimir Zelenski arasında keçiriləcək görüşdə iştirak etmək üçün avqustun 18-də Vaşinqtona səfər edəcək.
Tezadlar.az bildirir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Stefan Kornelius məlumat verib.
“Səfər Alyaskada Rusiya prezidenti Vladimir Putinlə görüşündən sonra ABŞ prezidenti Donald Trampla məlumat mübadiləsi aparmaq məqsədi daşıyır”, – Kornelius bildirib. Eyni zamanda o, Merzin dövlət və hökumət başçıları ilə Ukraynadakı münaqişənin həlli üzrə danışıqların gedişatını müzakirə edəcəyini və Almaniyanın sülh sazişinin mümkün qədər tez bağlanmasında maraqlı olduğunu vurğulayacağını bildirib.
Almaniya Nazirlər Kabinetinin nümayəndəsinin sözlərinə görə, Vaşinqtonda keçiriləcək danışıqlarda digər məsələlərlə yanaşı, təhlükəsizlik təminatları, ərazi məsələləri və Ukraynaya gələcək dəstək müzakirə olunacaq.
“Bura sanksiyalar təzyiqinin saxlanması da daxildir”, – Kornelius yekunlaşdırıb.
E.ŞİRİNOV