Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə görüşdən sonra Kiyevin sülh müqaviləsi imzalaması üçün Ukraynaya təzyiq göstərməyə başlayıb.
Tezadlar.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Prezident Tramp cümə günü Alyaskada Vladimir Putinlə görüşdən sonra Ukraynaya saziş bağlamaq üçün təzyiq edir”, – nəşr yazır.
Rusiya və ABŞ prezidentləri arasında danışıqlar avqustun 15-də Ankoricdə baş tutub.
Amerikalı həmkarı ilə danışıqların yekunlarına dair birgə mətbuat konfransı zamanı Vladimir Putin Ukraynanın təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bildirib. O, Moskvanın bunun üzərində işləməyə hazır olduğunu vurğulayıb.
E.ŞİRİNOV