Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Tramp Belarus hakimiyyətinin tezliklə daha 1300 məhbusu azad edəcəyinə ümid etdiyini bildirib.
“Belarusa və onun güclü liderinə təşəkkür edirəm. Ümid edirəm ki, 1300 nəfər də tezliklə azad olunacaq!” – Tezadlar.az xəbər verir ki, o, “Truth Social”-da yazıb.
Avqustun 15-də Belarus prezidenti Aleksandr Lukaşenko və Tramp telefonla ikitərəfli gündəliyi, regional məsələləri və qaynar nöqtələrdə, o cümlədən Ukraynadakı vəziyyəti müzakirə ediblər.
Respublika rəhbəri amerikalı həmkarını ailəsi ilə birlikdə Minskə dəvət edib və bu dəvət qəbul olunub. Tramp da öz növbəsində, “Truth Social”-da yazıb ki, Lukaşenko ilə bir çox mövzuları, o cümlədən Rusiya prezidenti Vladimir Putinin Alyaskaya səfərini müzakirə edib. Amerika lideri həmçinin 16 məhbusun azadlığa buraxılmasına görə belaruslu həmkarına təşəkkür edib və onunla daha 1300 nəfərin mümkün azadlığa buraxılmasını müzakirə edib. Tramp qeyd edib ki, gələcəkdə Lukaşenko ilə görüşməyi gözləyir.
E.ŞİRİNOV