17 Avqust 2025 / 18:38

Seçki məntəqəsində partlayış baş verib

Boliviyada seçki məntəqələrindən birində partlayış baş verib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Deber” qəzeti məlumat yayıb.

Məlumata görə, hadisə Koçabamba departamentində baş verib. Əldə hazırlanmış partlayıcı seçicilərin qeydiyyata alındığı masanın yanında olub. Partlayış nəticəsində xəsarət alan olmadığı bildirilir.

Nəşr diqqəti namizədlərdən biri, “sol” qüvvələrin nümayəndəsi Androniko Rodriqesin sözügedən məntəqədə səs verməli olduğuna diqqət çəkir. Siyasətçinin xəsarət almadığı bildirilir.

Qeyd edəkki, bu gün Boliviyada ümumi seçkilər keçirilir. Vətəndaşlar yeni dövlət başçısını, eləcə də parlament üzvlərini seçməlidirlər.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!