Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Bu il sentyabrın 1-dən etibarən Rusiyanın Yamalo-Nenets Muxtar Dairəsində Azərbaycan, Tacikistan və Özbəkistandan olan miqrantlar üçün yeni məhdudiyyətlər qüvvəyə minəcək.
“Tezadlar.az” xəbər verir ki, bu barədə məlumatı regionun qubernatoru Dmitriy Artyuxov sakinlərlə görüşündə açıqlayıb.
Onun sözlərinə görə, həmin tarixdən patent əsasında çalışan işçi miqrantlara topdan və pərakəndə ticarət, nəqliyyat vasitələrinin və motosikletlərin təmiri sahələrində işləmək qadağan ediləcək.
Qubernator əlavə edib ki, bununla belə, miqrantlara inşaatda işləməyə icazə veriləcək.