18 Avqust 2025 / 16:36

Məhkəmədə xalq artistinə qarşı iddia qaldırılıb

Moskvanın Tverskoy rayon məhkəməsində Rusiya Federasiyasının xalq artisti, Dövlət Dumasının deputatı Dmitri Pevtsova qarşı şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi ilə bağlı iddia qaldırılıb.

Tezadlar.az bildirir ki, bu barədə TASS-a məhkəmədən məlumat verilib.

“Hazırda Tverskoy Rayon Məhkəməsində A.E.Tişşenkonun D.A.Pevtsova qarşı şərəf, ləyaqət və işgüzar nüfuzunun müdafiəsi, mənəvi zərərin ödənilməsi barədə iddiası üzrə mülki işə baxılır”, – məhkəmə qeyd edib.

Materiallara görə, iddianı ictimai xadim Aleksandra Tişşenko verib. İddiaçı iddia edir ki, deputat onu şəxsən qəbul etməkdən imtina edib və ictimaiyyətə təhqiramiz ifadələr verib, bununla da mənəvi iztirablara səbəb olub.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!