18 Avqust 2025 / 22:11

Tramp Putinin Alyaska səfərini “gözəl” hesab edib

ABŞ prezidenti Donald Tramp Ağ Evdə Vladimir Zelenski ilə görüşündə Rusiya prezidenti Vladimir Putinin avqustun 15-də Alyaskaya səfərini gözəl hesab etdiyini bildirib.

Tezadlar.az xəbər  verir ki, o, ABŞ və Rusiya arasında Ankoricdə keçirilən sammitə medianın son dərəcə mənfi yanaşdığına diqqət çəkib. “Nümunə olaraq, Vladimir Putinin Amerika torpağına səfərinin Donald Tramp üçün böyük məğlubiyyət olduğunu göstərdilər. Xeyr, onun etdikləri həqiqətən də gözəl idi. Açığı, bu, onun üçün asan olmadı”, – Tramp bildirib.

“Bu, onların (medianın) dediklərinin əksi idi. Əgər o (Putin) gəlməsəydi, bunun Tramp üçün də pis olduğunu deyərdilər”, – ABŞ prezidenti əlavə edib.

Qeyd edək ki, avqustun 15-də Putin və Tramp Alyaskadakı hərbi bazada görüşüblər. Görüş formatların dəyişdirilməsi də daxil olmaqla, təxminən üç saat davam edib: danışıqların əsas yerinə gedən yolda Amerika liderinin limuzinində təkbətək və dar formatda “üçə-üç”. Rusiya tərəfdən görüşdə prezidentin köməkçisi Yuri Uşakov və xarici işlər naziri Sergey Lavrov, Amerika tərəfdən dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoff da iştirak ediblər.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!