Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Sabunçu rayonunda talama cinayəti qeydə alınıb. Bakıxanov qəsəbə sakininin yumaq məqsədilə avtoyuma məntəqəsinə verdiyi avtomobilindən 8 min manat dəyərində qızıl-zinət əşyası oğurlanıb. Bu barədə zərərçəkmiş polisə məlumat verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbiri ilə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 26 yaşlı Ə.Namazov saxlanılıb.
Şöbə əməkdaşları tərəfindən keçirilən digər tədbir zamanı isə zərərçəkmişə məxsus mopedi oğurlamaqda şübhəli bilinən A.Şükürov saxlanılıb.
Faktlarla bağlı araşdırma aparılır.
RÖVŞANƏ