19 Avqust 2025 / 21:30

SOCAR süni intellekt və bərpaolunan enerji texnologiyalarının tətbiqi barədə beynəlxalq müzakirə aparıb

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və “Arthur D. Little” şirkəti arasında sənayedə süni intellekt texnologiyalarının tətbiqi, bərpaolunan enerji mənbələrinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb.

“Tezadlar” xəbər verir ki, bu barədə müzakirələr SOCAR-ın prezidenti Rövşən Nəcəfin “Arthur D. Little” şirkətinin partnyoru, enerji, kommunal xidmətlər və resurslar üzrə qlobal rəhbəri Mikael Kruse arasında keçirilən görüşündə aparılıb.

Görüşdə SOCAR-ın enerji sektoru üzrə çoxşaxəli fəaliyyət istiqamətləri, Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi strateji layihələr barədə məlumat verilib.

Enerji sənayesində innovativ idarəetmə modelləri, əməliyyatların optimallaşdırılması və rəqabət qabiliyyətinin artırılması sahəsində müxtəlif təcrübələr nəzərdən keçirilib.

Söhbət zamanı tərəflər enerji keçidi, rəqəmsallaşma, sənayedə süni intellekt texnologiyalarının tətbiqi, bərpaolunan enerji mənbələrinin inkişafı və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!