20 Avqust 2025 / 20:40

Estoniya Ukraynaya hərbçi göndərməyə hazırdır

Estoniyanın Baş naziri Kristen Mixal “Könüllülər Koalisiyası” tərkibində Ukraynaya bir bölük hərbçilər göndərməyə hazır olduğunu bildirib.

Bu barədə “Tezadlar” “Postimees” nəşrinə istinadən xəbər verir.

Baş nazirin sözlərinə görə, bu qərar Kiyev üçün təhlükəsizlik zəmanətlərinə həsr olunmuş Avropa liderlərinin müzakirələrinin nəticəsi olub. Lakin K.Mixal qeyd edib ki, Estoniya hərbçilərinin göndərilməsinin konkret detallarını hələ müzakirə etmək tezdir.

O, son qərarın Rusiya və Ukrayna prezidentləri – Vladimir Putin və Volodimir Zelenski arasında mümkün görüşdən, həmçinin ABŞ-nin iştirakı ilə danışıqların gedişindən asılı olacağını dəqiqləşdirib.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!