21 Avqust 2025 / 09:16

Dönər Şəmkirdə 20 nəfəri xəstəxanalıq etdi

Ötən gün saat 18:30 radələrindən başlayaraq zəhərlənmə şübhəsilə 20 nəfər (7-si kişi cinsli, 13-ü qadın cinsli olmaqla) Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə çatdırılıb.  Bu barədə tezadlar.az- a TƏBİB-dən məlumat verilib. Zəhərlənənlərin 9-u azyaşlıdır. Müraciət edənlərin hər birinə zəruri tibbi xidmət göstərilib. 15 nəfər ambulator müalicə üçün evə buraxılıb. 5 nəfərin müalicəsi xəstəxanada davam etdirilir. Vəziyyətləri qənaətbəxş qiymətləndirilir.
Xatırladırıq ki, zərərçəkənlər aşağıda adları təqdim edilənlərdir:

  • 1991-ci il təvəllüdlü V. Hüseynov
  • 2019-cu il təvəllüdlü D. Bayramlı
  • 2014-cü il təvəllüdlü X. Abbasova
  • 1987-ci il təvəllüdlü G. Babayeva
  • 2020-ci il təvəllüdlü Ö. Abbasov
  • 2011-ci il təvəllüdlü Ş. Babayeva
  • 2013-cü il təvəllüdlü Q. Babayev
  • 2016-cı il təvəllüdlü H. İsmayılov
  • 2022-ci il təvəllüdlü A. Hüseynova
  • 2005-ci il təvəllüdlü N. Nağıyeva
  • 2002-ci il təvəllüdlü A. Muradov
  • 2019-cu il təvəllüdlü S. İsmayılov
  • 1978-ci il təvəllüdlü E. Muradova
  • 2020-ci il təvəllüdlü A. Qurbanova
  • 1986-cı il təvəllüdlü G. İsmayılova
  • 1998-ci il təvəllüdlü A. Vəlizadə
  • 1996-cı il təvəllüdlü T. Süleymanova
  • 1975-ci il təvəllüdlü R. Əhmədova
  • 1986-cı il təvəllüdlü G. Bayramlı
  • N. Süleymanlı.
    XXX
    Maraqlıdır, Şəmkir kimi dadlı- təamlı mətbəxi olan bir rayonda ev xörəyini, qutab və sair kimi tez hazırlanan ayaqüstü yeməkləri qoyub dönərə meyillilik hardandır?
  • Xaliq
Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!