Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Astara Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat-axtarış və gömrük nəzarəti tədbirləri nəticəsində növbəti dəfə külli miqdarda narkotik vasitə – marixuana aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Tezadlar.az-a verilən məlumata görə, “Astara” gömrük postunda Azərbaycan Respublikası ərazisindən tranzit keçməklə İran İslam Respublikasından Rusiya Federasiyasına yenə də “kahı” yükü aparan nəqliyyat vasitəsi gömrük yoxlamasına cəlb edilib.
Kinoloji xidmət itinin tətbiqi ilə həyata keçirilən yoxlama zamanı dörd ədəd paletdəki yeşiklərdən üzəriləri kahı yükü ilə örtülərək gömrük nəzarətindən gizlədilən 76 ədəd bağlamada, qablaşdırılmaları ilə birlikdə ümumi təqribi çəkisi 70 kiloqram 410 qram narkotik vasitə – marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
RÖVŞANƏ