22 Avqust 2025 / 11:41

Ötən gün 99 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə avqustun 21-də ümumi çəkisi 98,5 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 2,4 tondan artıq çəkidə 5 min 355 ədəd çətənə kolu isə aşkar olunaraq məhv edilib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Tezadlar.az-a verilən məlumata görə, bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!