Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

ABŞ prezidenti Donald Trampın Ukraynada sülhə nail olmaq səyləri dörd gün ərzində dalana dirənib.
Tezadlar.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.
“Trampın sülh sazişi hazırlamaq üçün Rusiya prezidenti Vladimir Putin və Ukrayna lideri Vladimir Zelenski ilə görüşə ümidləri özünü doğrultmadı. Onun Putin və Zelenski arasında müharibənin dayandırılmasını müzakirə etmək üçün görüşü nəzərdə tutan ehtiyat planı da baş tutmadı”, – məqalədə deyilir.
Nəşrin qeyd edir ki, Amerika və Avropa rəsmiləri hələ də sülhməramlı qüvvələrin tərkibi ilə bağlı danışıqlar aparırlar, lakin bu fikir Kreml tərəfindən tez bir zamanda rədd edildi və Trampın Amerika silahlı qüvvələrinin iştirakının həcmini müəyyən etməyə hazır olması ilə bağlı suallar yarandı.
Daha əvvəl məlum olub ki, Tramp bu gün, avqustun 22-də Bakı vaxtı ilə saat 20:00-da açıqlama verəcək. Bu hadisə dövlət başçısının dərc olunmuş cədvəlində qeyd olunub.
E.ŞİRİNOV