22 Avqust 2025 / 14:37

Bank kartlarından silsilə oğurluqlar edənlər yaxalanıblar

Paytaxtın Səbail və Sabunçu rayonlarında altı nəfərə məxsus bank kartlarından ümumilikdə 3 min 502 manat pul oğurlanıb. Bu barədə zərərçəkən şəxslər polisə müraciət ediblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Tezadlar.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə talama cinayətlərini törətməkdə şübhəli bilinən 40 yaşlı E.Fəttahov, 32 yaşlı O.Abdurəhimli, 21 yaşlı R.Rəhimov və 17 yaşlı S.Fərzəlizadə saxlanılıblar.

Bu şəxslərin analoji hadisələrdə iştirakının olub-olmaması ilə bağlı araşdırmalar davam etdirilir.

RÖVŞANƏ

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!