Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Baş Muğan kanalının İmişli rayonu ərazisindən keçən hissəsində batan şəxsin meyiti tapılıb.
“Tezadlar”ın Muğan bürosunun məlumatına görə, bir neçə gün əvvəl kanalda boğulduğu ehtimal olunan Nurəddin Məmmədovun meyiti aparılan axtarışlar nəticəsində kanalının İmişli rayonu Qulubəyli kəndindən keçən hissəsində aşkarlanıb.
Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
İmişli rayonunun Göhərli kəndi yaxınlığında Baş Muğan kanalında 1 nəfər batıb.
Bu barədə “Tezadlar”a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri axtarışlara cəlb olunublar.