Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Ukrayna yeni raket istehsalına başlayıb. Sosial media istifadəçisi Kamran Cəfərov özünün sosial platformasında bu barədə maraqlı açıqlama verib. Sitat: “Ukraynalılar “qadının yıxdığı evi heç fələk də yıxa bilməz” ifadəsini məcazi yox, birbaşa mənada başa düşdülər. “Qadın silahı” deyərkən adətən ağlımıza kiçik tapancalar gəlir.
Bu dəfə istisna haldır. Bu dəfə “qadın silahı” kiçik, miniatür tapanca deyil, 1150 kq daşıyan, dünyanın ən ağır qanadlı raketlərindən biridir-“FP-5 Flamingo”.
Maraqlısı odur ki, “FP-5 Flamingo”nu istehsal edən şirkətin rəhbəri(İrina Terex) də, raketin bilavasitə istehsalına cavabdeh şəxs də qadınlardır.
Raket əvvəl çəhrayı rəngdə idi, şirkətin rəhbəri İrina Terex deyir: “Bizim ilk raketlərimiz çəhrayı idi, onlar bütün sınaqlardan bu şəkildə keçdi, amma sonra maskalanma tələblərinə görə onları yenidən rəngləmək lazım gəldi. Raketlərdə qadın əlinin hiss olunmasını istəyirdik”. P.S. Amma raketin başlığı çəhrayı rəngdə qaldı”.
Rusiya mediasında həyəcanlı xəbərlər buaket üzərində köklənib.
A.Məmmədli