23 Avqust 2025 / 12:44

Amerikalı reper Rusiyaya gəlmək fikrindən niyə daşınıb?

ABŞ-lı reper Post Malone siyasi vəziyyətlə əlaqədar Rusiyaya gəlmək fikrindən daşınıb.

Tezadlar.az xəbər verir ki, bu barədə “Mash” Telegram kanalı məlumat yayıb.

Məlumata görə, amerikalı sənətçinin mümkün çıxışı 2,5-3 milyon dollara başa gələ bilər.

“Mash”-ın məlumatına görə, Post Malonenin Rusiyadakı konsertləri ilə bağlı məlumatlar etibarsızdır.

Bundan əvvəl bildirilmişdi ki, guya reper noyabrın ortalarında Sankt-Peterburqda çıxış edəcək və təşkilatçılarla danışıqlar artıq son mərhələyə çatıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!