23 Avqust 2025 / 13:12

Paşinyan Ermənistanın Müstəqillik Bəyannaməsinin qəbul olunma tarixini qarışdırıb

Ermənistanın baş naziri Nikol Paşinyan ölkənin Müstəqillik Bəyannaməsinin qəbul olunma tarixini qarışdıraraq, onun ildönümü münasibətilə vətəndaşları təbrik edib.

Tezadlar.az xəbər verir ki, bu barədə “Sputnik. Yaxın Xaricdə” məlumat yayıb.

Belə ki, hökumət başçısı sosial şəbəkələrdəki paylaşımında əvvəlcə 1991-ci ili göstərib, sonradan 1990-cı ilə düzəliş edib.

Ermənistanın Müstəqillik Bəyannaməsi 1990-cı il avqustun 23-də Ermənistan SSR Ali Soveti tərəfindən qəbul edilib. Sənəd respublikanın müstəqilliyinin yaradılmasının başlanğıcı olub.

Bundan əvvəl Paşinyan Erməni Apostol Kilsəsinin (ERK) ruhanilərinin ünvanına kobud ifadələr işlətdiyinə görə üzr istəyib.

Ermənistanın baş naziri aydınlıq gətirib ki, o, yalnız yersiz hesab edilən iki ifadə işlətdiyinə görə üzr istəyib.

Paşinyan açıqlamasında erməni dilində iki məna daşıyan “dompel” sözünü işlədib: “vurmaq” və “cinsi əlaqədə olmaq”. Linqvistik ekspertizanın nəticələrinə görə, söz ikinci mənada işlənmişdir.

E.ŞİRİNOV

 

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!