24 Avqust 2025 / 09:19

O, Aİ-ni Ukraynanın ərazi itkilərini etiraf etməyə çağırır

Çin Taihe İnstitutunun baş elmi işçisi Vanq Tsaybanq bildirib ki, Aİ Ukraynanın ərazilərini itirdiyi reallığı qəbul etməli olacaq.

Tezadlar.az xəbər verir ki, o, bu barədə TASS-a müsahibəsində danışıb.

Tsaybanq vurğulayıb ki, Rusiya və ABŞ anlaşıb ki, münaqişə bitdikdən sonra Ukrayna NATO-ya üzv olmayan dövlətlərdən təhlükəsizlik zəmanəti alacaq.

“Eyni zamanda, Aİ, yəqin ki, Ukraynanın ərazilərini itirməsi ilə bağlı hansısa reallığı qəbul etməyə məcbur olacaq və bu əsasda razılaşmalar əldə etməyə çalışacaq ki, təkcə Ukrayna deyil, həm də Aİ müəyyən təhlükəsizlik zəmanətləri ala bilsin”, – analitik bildirib.

Bundan əvvəl amerikalı siyasi şərhçi Robert Barnes bildirmişdi ki, Ukrayna təhlükəsizlik zəmanəti almaq üçün neytral mövqe tutmalı və öz ərazisində NATO qoşunlarını yerləşdirməkdən imtina etməlidir. O, tarixdə müxtəlif ölkələrə belə təminatların verildiyi halları xatırladıb.

E.ŞİRİNOV

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!