Əsas məzmuna keç

Gürcüstan Milli Müdafiə Qüvvələrində ilk: azərbaycanlı qadın zabit oldu!

Gürcüstan Milli Müdafiə Qüvvələrində ilk dəfə milliyətcə azərbaycanlı qadın zabit rütbəsi alıb. Tezadlar.az xəbər verir ki, qadın hərbçi – Sevil Məmmədova akademiyanı leytenant rütbəsi ilə bitirib. S.Məmmədova bu il ali hərbi təhsilini başa vurub və karyerasını Gürcüstanın Milli Müdafiə Qüvvələrində davam etdirməyi planlaşdırır. Onun uğuru Gürcüstanda yaşayan azərbaycanlı gənclərin dövlətin müxtəlif sahələrində, xüsusilə də müdafiə və təhlükəsizlik strukturlarında təmsilçiliyinin artmasına mühüm nümunə kimi dəyərləndirilir.

Ən son xəbərləri “Təzadlar”ın Facebook səhifəsində izləyin

Sosial şəbəkələrdə paylaşın

Növbəti xəbər yüklənir…