24 Avqust 2025 / 10:40

Tramp Kiyevə 3350 uzaqmənzilli “ERAM” raketi satmağa razılıq verib

 Tramp Ukraynaya 3350 ədəd uzaqmənzilli, idarəolunan “ERAM” raketlərinin satışını təsdiqləyib. Tezadlar.az “Ukrainskaya pravda”ya istinadla xəbər verir ki, müqavilənin dəyəri 850 milyon dollar təşkil edir. Raketlərin Ukrayna Silahlı Qüvvələrinin ixtiyarına altı həftə ərzində çatdırılacağı bildirilir. Xərclərin böyük hissəsini Ukraynanın avropalı müttəfiqləri öz üzərinə götürüb. Tədarük yalnız raketlərlə məhdudlaşmır, siyahıda digər hərbi təyinatlı avadanlıqlar var. Bu isə o deməkdir ki, Rusiya ilə Ukrayna arasında lokal müharibələr davam edəcək, Trampın sülh təşəbbüsləri elə Ağ Evdə masa üzərində qalacaq.

Nəşr istinadla yazır: “По данным WSJ, администрация президента США Дональда Трампа на этой неделе одобрила продажу Украине 3350 авиационных ракет Extended Range Attack Munition (ERAM), которые должны быть поставлены примерно за шесть недель”.

A.Məmmədli

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!