25 Avqust 2025 / 21:07

Sumqayıtda 63 yaşlı qadın evində ölü tapıldı

Sumqayıtda mənzildə 63 yaşlı qadının meyiti tapılıb.

“Tezadlar”ın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 20-ci məhəlləsində qeydə alınıb.

1962-ci il təvəllüdlü Nabat Qərib qızı Məmmədovanın meyiti onun yaşadığı evdə aşkarlanıb.

Mərhumun meyiti müvafiq qurumlara təhvil verilib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!