25 Avqust 2025 / 21:15

Zelenski: Ukrayna ayda ən azı 1 milyard dollar yardım gözləyir

Ukrayna ABŞ silahlarının alınması üçün müttəfiqlərindən ayda ən azı 1 milyard dollar alacağını gözləyir.

“Tezadlar” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodomir Zelenski  Kiyevə səfər edən Norveçin baş naziri Jonas Qar Störe ilə birgə brifinq zamanı müvafiq bəyanatla çıxış edib.

Ukrayna lideri bildirib ki, Oslo həm də Ukraynanın hava hücumundan müdafiə və dəniz təhlükəsizliyi sahəsində təhlükəsizlik təminatlarına töhfə verə bilər.
Qeyd edək ki, Almaniya Ukrayna üçün ABŞ-dan daha 500 milyon dollara hərbi texnika və sursat alınmasını maliyyələşdirməyi planlaşdırır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!