Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Misli Premyer Liqasında II tura yekun vurulub.
“Tezadlar”ın məlumatına görə, turun sonuncu oyununda “Qəbələ” “Zirə”ni qəbul edib.
Qəbələ şəhər stadionunda keçirilən qarşılaşma qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Meydan sahiblərinin heyətində Nicat Əliyev (16) fərqlənib. Bölgə təmsilçisinin qollarını isə Ceyhun Nuriyev (35, 45+1) vurub.
Qeyd edək ki, II turun əvvəlki oyunlarında “Neftçi” “İmişli” ilə qolsuz bərabərə qalıb. “Sumqayıt” “Qarabağ”ı (1:0), “Karvan-Yevlax” “Kəpəz”i (3:2), “Sabah” “Şamaxı”nı, “Araz-Naxçıvan” “Turan Tovuz”u (hər ikisi 2:1) məğlub edib.