26 Avqust 2025 / 13:53

ABŞ-da baş verən fırtına hava limanını fəaliyyətini dayandırmasına səbəb olub

ABŞ-ın Arizona ştatında toz fırtınası baş verib. Nəticədə 40 mindən çox ev işıqsız qalıb, Finiks şəhərindəki Sky Harbor Beynəlxalq Hava Limanının fəaliyyəti dayandırılıb.

“New York Times” qəzetinin yazdığına görə, fırtına avqustun 25-i axşam saatlarında Arizona ştatının mərkəzini bürüyüb.  ABŞ Federal  Mülki Aviasiya Administrasiyası saat 18:30 radələrində hava limanında bir saatlıq uçuş və enişləri qadağan edib və qadağa qaldırıldıqdan sonra eniş və uçuşlar 15-30 dəqiqə gecikib.

 

JASMİN

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!