ABŞ-ın Arizona ştatında toz fırtınası baş verib. Nəticədə 40 mindən çox ev işıqsız qalıb, Finiks şəhərindəki Sky Harbor Beynəlxalq Hava Limanının fəaliyyəti dayandırılıb.
“New York Times” qəzetinin yazdığına görə, fırtına avqustun 25-i axşam saatlarında Arizona ştatının mərkəzini bürüyüb. ABŞ Federal Mülki Aviasiya Administrasiyası saat 18:30 radələrində hava limanında bir saatlıq uçuş və enişləri qadağan edib və qadağa qaldırıldıqdan sonra eniş və uçuşlar 15-30 dəqiqə gecikib.
JASMİN







