Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

Almaniya Bundesliqası təmsilçisi “Verder” İngitərənin “Sautqempton” kollektivinin futbolçusu Yukinari Suqavaranı icarəyə götürüb.
“Tezadlar” xəbər verir ki, bu barədə “ağ-yaşıllar”ın mətbuat xidməti məlumat yayıb.
Yaponiya millisinin sağ cinah müdafiəçisi qarşıdakı bir mövsüm ərzində “Verder”in şərəfini qoruyacaq.
Qeyd edək ki, Suqavara ötən mövsüm bütün yarışlarda 32 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib.