Axtarmaq üçün Enter düyməsinə basın

Arxiv Təqvimi

Tarix seçin və həmin günün xəbərlərini görün

-- 0 xəbər
Xəbərləri Gör
26 Avqust 2025 / 23:59

Kürdəmirdə ağır yol qəzası: 1 ölü, 1 yaralı – TƏBİB-dən açıqlama

Bu gün saat 19:30 radələrində Kürdəmir rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 1 nəfər (qadın cinsli) Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən Tezadlar.az-a bildirilib ki, 1975-ci il təvəllüdlü şəxsə L2 fəqərəsinin kompression sınığı diaqnozu təyin edilib və zəruri ilkin tibbi xidmət göstərilib.

Vəziyyəti kafi qiymətləndirilən pasiyent öz istəyilə ixtisaslı tibbi xidmətdən imtina edib.

20:42

Kürdəmirdə ağır yol qəzası baş verib, ölən və xəsarət alan var.

“Tezadlar”ın Yuxarı Şirvan bürosu xəbər verir ki, hadisə Ağsu-Kürdəmir-İmişli yolunun rayonun Ucarlı kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes” markalı minik avtomobili hərəkətdə olarkən “Chevrolet” markalı nəqliyyat vasitəsi ilə toqquşub. Nəticədə “Mercedes”in sürücüsü, 1986-cı il təvəllüdlü Alıyev Vahid Firuz oğlu ölüb.

Yaralı, 1975-ci il təvəllüdlü Səfərova Dürdanə Yaqub qızı isə təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hadisə yerinə rayon hüquq-mühafizə orqanları əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Xəbər maraqlı gəldi? Sosial şəbəkələrdə paylaşın
Link kopyalandı!