Axtarmaq üçün Enter düyməsinə basın
Sayt 1993-cü ildən fəaliyyət göstərən və Dövlət Reyestrində qeydə alınmış "Təzadlar" qəzetinin elektron versiyasıdır. Bütün hüquqlar qorunur.

İki şəxs fasilədən istifadə edərək “Crocus City Hall” konsert zalının ziyarətçilərinə hücum edən terrorçulardan birini qısa müddətə zərərsizləşdirib.
Tezadlar.az bildirir ki, bu barədə Moskva Şəhər Məhkəməsinin binasında İkinci Qərb Dairə Hərbi Məhkəməsinin baxış iclasında keçirilən prosesdə iştirak edənlərdən biri məlumat verib.
“Birinci mərtəbədəki “Crocus hall”ın foyesində konsert tamaşaçılarına hücum zamanı terrorçulardan biri ya silahını işlədə bilməyib, ya da avtomat silahında güllələri qurtarıb, çünki bir anda tərəddüd edib. Bu vəziyyətdən istifadə edərək, yaxınlıqdan qaçan şəxslərdən biri başını itirməyib və hücumçunun avtomatını tutub, ikincisi isə onu zərbəilə sıradan çıxarıb və bir qrup insana hadisə yerindən uzaqlaşmaq imkanı verib”, – mənbə bildirib.
Onun sözlərinə görə, zərərçəkmiş kimi tanınan şəxs şahidlərin ifadələrini təsdiqləyərək iclasların birində dindirilib.
İş materiallarında göstərilir ki, terrorçular silahlarının sıxışmasından və güllələrin az qalmasından qorxaraq “Krokus”dan qaçıblar. Terror aktını törədənlərdən üçü “Kalaşnikov” avtomatı ilə, dördüncüsü isə gülləli bel çantası ilə silahlanıb. Terror aktı zamanı avtomatlardan ikisi işləməyib, onları kürək çantası ilə birlikdə çölə atıblar. Onlar üçüncü avtomatı Ukrayna sərhədinə gedərkən Bryansk vilayətində yola atıblar.
E.ŞİRİNOV